Aİ Ukraynaya milyardlarla dollar yardım ayırdı


Avropa İttifaqı Şurası Ukraynaya 5 milyard avro həcmində makromaliyyə yardımı tranşının ayrılmasını təsdiqləyib.


“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, bu barədə Aİ Şurasına rəhbərlik edən Çexiya Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Maliyyə naziri Zbinek Staniuranın sözlərinə görə, 5 milyard avro dövlətin gündəlik fəaliyyətini dəstəkləmək və mühüm infrastrukturun fəaliyyətini təmin etmək üçün istifadə olunacaq.

Bu, Avropa İttifaqının Ukrayna üçün elan etdiyi ikinci tranşdır: ölkə iyulda milyard avro məbləğində birinci tranş alıb, 3 milyard avro həcmində növbəti tranşın növbəti görüşlərdə razılaşdırılması planlaşdırılır.

Aİ Ukraynaya 9 milyard avro olan kredii 10 illik güzəşt müddəti və 25 il ödəmə müddəti şərti ilə ayırıb. Faizlər Aİ büdcəsindən ödəniləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu