Almaniya Kiyevə 400 milyon avroluq əlavə hərbi yardım edəcək
Almaniya hökuməti yaxın vaxtlarda Kiyevə hərbi yardım göstərmək üçün əlavə 397 milyon avro ayırmaq niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Maliyyə Nazirliyinin Bundestaqın büdcə komitəsinə məktubuna istinadən xəbər verir.
Pulun Ukrayna Silahlı Qüvvələri üçün hava hücumundan müdafiə vasitələrinin, pilotsuz təyyarələrin və hərbi texnikanın alınmasına sərf olunacağı güman edilir. Maliyyə Nazirliyinin məlumatına görə, ilin sonuna qədər Kiyevi dəstəkləmək üçün hələ də təxminən 1,42 milyard avro lazımdır. Əlavə vəsaitin ayrılması üçün parlamentin təsdiqi tələb olunur.