Tramp İsrail prezidentini Netanyahunu dərhal əfv etməyə çağırdı
ABŞ Prezidenti Donald Tramp İsrail prezidenti İshaq Hersoqun Baş nazir Benyamin Netanyahuya qarşı davam edən məhkəmə prosesini dərhal dayandırmalı olduğunu bildirib.
AFN.az-ın xəbərinə görə, "Axios" portalına müsahibə verən Tramp vurğulayıb ki, Netanyahu diqqətini daxili çəkişmələrə və "lənətə gəlmiş məhkəməyə" deyil, İrana qarşı aparılan hərbi əməliyyatlara yönəltməlidir.
Trampın sözlərinə görə, Hersoq son bir ildə ona beş dəfə Netanyahunu əfv edəcəyinə dair söz verib, lakin hələ də bu addımı atmayıb. "Ona deyin ki, mən onun bu oyununu ifşa edirəm. Prezident bu məsələdən öz siyasi karyerası üçün rıçaq kimi istifadə etməyi dayandırmalı və Netanyahunu dərhal əfv etməlidir", – deyə Ağ Ev rəhbəri sərt şəkildə qeyd edib.
