Rusiya qırıcıları Polşa hava məkanını pozub
Rusiya qırıcıları və kəşfiyyat təyyarəsinin Polşanın hava məkanını pozduğu aşkarlanıb.
AFN.az “Reuters”ə istinadən xəbər verir ki, Rusiyaya aid üç hərbi təyyarədən ibarət qrupun qarşısını Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı alıb. Bu barədə Niderland Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub. "Bilinməyən təyyarələr Rusiyanın Kalininqrad regionu tərəfindən Polşanın NATO ərazisi hesab olunan zonasına yaxınlaşıb" - deyə açıqlamada bildirilir.
Niderland tərəfinin məlumatında o da qeyd edilib ki, qrupa iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi daxildir. Niderlanda məxsus “F-35”lər Rusiya təyyarələrini müşayiət edərək, onların Polşa hava məkanından çıxması üçün təzyiq ediblər.
"Hazırda Niderlanda məxsus 8 ədəd “F-35” qırıcısı müvəqqəti olaraq Polşadadır" - Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.