Trampdan Mileiyə “Argentinanı yenidən möhtəşəm et” mesajı


ABŞ-ın keçmiş prezidenti Donald Tramp qatıldığı konfransda səhnə arxasında görüşdüyü Argentina prezidenti Xavyer Mileiyə “Argentinanı yenidən möhtəşəm et” deyib.



Tramp və Milei Amerika Mühafizəkarlar İttifaqının ABŞ-ın Merilend ştatında keçirilən ənənəvi Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC 2024) iştirak ediblər.

İkili konfransdakı çıxışlarından sonra səhnə arxasında görüşüblər.

Onların səmimi qucaqlaşmasından sonra Tramp “Amerikanı yenidən möhtəşəm et” şüarını “Argentinanı yenidən möhtəşəm et” süarına dəyişərək Mileiyə dəyib.

Milei "Yaşasın azadlıq, lənət olsun!" süarı ilə Trampa cavab verib.

Digər tərəfdən Argentinaya səfər edən ABŞ dövlət katibi Antoni Blinkenlə görüşən Miley bu səfərdən məmnunluğunu ifadə edərək, "Argentina tərəqqi, inkişaf, azadlıq və demokratiya yolunda daha bir addım atdı" vurğulayıb.

Daha sonra argentinalı həmkarı Diana Mondino ilə görüşündən sonra Blinken Argentinanın qeyri-adi potensiala malik olduğunu vurğulayaraq, “Mən bildirmək istərdim ki, tərəflərin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində göstərdiyi dərin maraq və səyə görə minnətdaram” ifadəsini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu