Argentinanın yeni prezidenti 300-dən çox iqtisadi islahat haqqında fərman imzalayıb


Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley iqtisadiyyatın liberallaşdırılması üçün 300-dən çox islahat haqqında fərman imzalayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, indi təşəbbüslər parlament tərəfindən təsdiqlənməlidir.

Miley bildirib ki, o, fərmanın əsas məqsədini Argentinanın restrukturizasiyasının başlanğıcı, azadlığın qaytarılması və iqtisadi inkişaf yolunda bir çox maneələrin aradan qaldırılması hesab edir. Qəbul edilən qərarlar sırasında prezident özəlləşdirmə, ixracın liberallaşdırılması, qiymətlərin tənzimlənməsindən imtina və digər tədbirləri sadalayıb.

“Ancaq bu, yalnız ilk addımdır. Yaxın günlərdə biz parlamentin fövqəladə iclasını çağıracağıq və onlara dəyişiklik prosesində irəliləmələrini xahiş edən qanunlar paketini göndərəcəyik”, - deyə Miley qeyd edib.

Xavyer Miley dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu