Argentina prezidenti İlon Maskla söhbətin təfərrüatlarını açıqlayıb
İlon Mask Argentina litiumuna maraq göstərir. Amerikalı iş adamı ilə söhbətin təfərrüatlarını ölkə prezidenti Xavyer Miley Canal 13 telekanalına açıqlayıb.
Argentina rəhbəri Maskın ona zəng etdiyini və litiumla həddindən artıq maraqlandığını bildirib. "ABŞ hökuməti və bir çox ABŞ şirkətləri də çox maraqlıdır" deyə Miley qeyd edib. O, onlara mülkiyyət hüquqlarını təmin edən qanunvericilik bazasının lazım olduğunu vurğulayb.
Prezident qeyd edib ki, xarici biznes indi Argentina iqtisadiyyatına sərmayə qoymaqdan qorxur, çünki yerli siyasətçilər müvəffəqiyyətləri sistemli şəkildə soyurlar.
Argentina, Çili və Boliviya ağ neft adlanan bu metalın sübut edilmiş ehtiyatlarının yarısından çoxuna sahib olan sözdə litium üçbucağını təşkil edir. Litium avtomobil akkumulyatorlarının istehsalı üçün geniş istifadə olunur və Mask elektrik avtomobilləri istehsal edən Tesla şirkətinin sahibidir.