BƏƏ İranla bütün fəaliyyətlərini dayandırıb



Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi İranla bütün ticarət fəaliyyətlərinin, alış-verişlərin və maliyyə əməliyyatlarının ikinci bir açıqlamaya qədər dayandırıldığını açıqlayıb. 

AFN.az xəbər verir ki, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiya direktoru Afra əl-Hamiliyə istinadən yaydığı xəbərə görə, İranla bütün ticarət və iqtisadi fəaliyyətlər, eləcə də maliyyə əməliyyatları ikinci bir açıqlamaya qədər dayandırılıb.

Qərarla bağlı hələlik ətraflı məlumat paylaşılmayıb.

Açıqlama BƏƏ Müdafiə Nazirliyinin İrandan gəldiyi müəyyən edilən 2 ballistik raketin dəniz naviqasiyasını hədəf aldığını və raketlərin dənizə düşdüyünü açıqlamasından sonra verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu