Tramp Çinə tətbiq olunan artırılmış rüsumları 90 gün müddətinə dayandırdı


ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən artırılmış gömrük rüsumlarının qüvvəyə minməsinin daha 90 gün dayandırılmasını nəzərdə tutan fərmanı imzalayıb.



Sözügedən fərman ABŞ və Çinin may ayında qarşılıqlı şəkildə artırdıqları rüsumların azaldılması qərarında müəyyən edilən 90 günlük müddətin başa çatmasına bir neçə saat qalmış qəbul edilib.



Ağ Evdən verilən açıqlamada Trampın Çin mallarına tətbiq olunan artırılmış gömrük rüsumlarının dayandırılmasına davam edilməsini nəzərdə tutan fərmanı imzaladığı bildirilib.



Açıqlamada vurğulanıb ki, bu addım ABŞ-la Çin arasında ticarət balanssızlıqlarının aradan qaldırılması, ədalətsiz ticarət təcrübələrinin dayandırılması, Amerika ixracatına bazar çıxışının genişləndirilməsi, həmçinin milli təhlükəsizlik və iqtisadi məsələlərdə ABŞ-la uyğunluğun təmin edilməsi üçün aparılan səmərəli danışıqları asanlaşdırmaq məqsədi daşıyır.



Fərmana əsasən, Çindən idxal olunan mallara tətbiq edilən artırılmış gömrük rüsumlarının dayandırılması müddəti 10 noyabra qədər uzadılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu