Tramp İranla müharibəni bərpa etməyi ciddi şəkildə nəzərdən keçirir - media



ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası variantına getdikcə daha meyilli olmağa başlayıb.

AFN.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ liderinin adının açıqlanmasını istəməyən köməkçilərinə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Ağ Ev rəhbərinin Hörmüz boğazının qapalı qalması və Tehranın Vaşinqtona ciddi güzəştlərə getməməsi səbəbindən səbri tükənmək üzrədir.

CNN-in məlumatına görə, hazırda Ağ Evdə İranla bağlı bir neçə fərqli yanaşma mövcuddur. Administrasiyanın bəzi təmsilçiləri İslam Respublikasının mövqelərini zəiflətmək üçün birbaşa zərbələrin endirilməsini və daha aqressiv yanaşmanı müdafiə edir. Digər qrup isə hələ də diplomatik səylərin davam etdirilməsində israr edir.

Bundan başqa, Trampın ətrafındakı bəzi şəxslər ABŞ-İran danışıqlarında vasitəçi qismində çıxış edən Pakistanın Vaşinqtonun mövqeyini Tehrana daha dəqiq çatdırmasını istəyirlər. Ağ Evdə hesab edirlər ki, pakistanlı vasitəçilər çox vaxt İrandan gələn mesajları olduğundan daha müsbət şəkildə ABŞ-a təqdim edirlər.

Telekanal qeyd edir ki, ABŞ liderinin bu həftə Çinə səfərindən əvvəl İranla bağlı hər hansı yekun qərar qəbul edəcəyi ehtimalı aşağıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu