Peruda qızıl mədəninin çökməsi nəticəsində 7 nəfər ölüb


Cənubi Amerika ölkəsi Peruda qızıl mədənində baş verən çökmə nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilib.



San Antonio de Putina əyalətinin La Rinconada şəhərində qızıl mədənində çökmə baş verib. Hadisə zamanı 7 mədənçi həyatını itirib.

Bölgədə axtarış-xilasetmə tədbirlərinin davam etdiyi bildirilib.

Dövlət Prokurorluğu partlayışla bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Yerli KİV-in məlumatına görə, qızıl mədəninin qanunsuz olduğu üzə çıxıb.

Qeyd edək ki, 2023-cü ildə Peruda baş verən mədən qəzalarında çoxlu sayda insan həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu