Anqolada mədən qəzasında 28 nəfər öldü



Anqolanın şimalındakı qanunsuz qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə, 13-ü eyni ailədən olmaqla ümumilikdə 28 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, bədbəxt hadisə Benqo əyalətinin Nambuandongo qəsəbəsində yerləşən və istifadəsiz qalmış mədəndə qeydə alınıb.

Çökmə zamanı dağıntılar altında qalan mədənçilərdən 28 nəfərin cansız bədəni tapılaraq çıxarılıb və onların 13-nün eyni ailənin üzvləri olduğu müəyyən edilib.

Hadisə yerindən yaralı olaraq xilas edilən 3 nəfər xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb.

Mədəndə qaldığı təsdiqlənən digər 2 nəfərin tapılması istiqamətində isə axtarış-xilasetmə işləri hələ də davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu