"Amazon" Trampa 1 milyon dollar bağışlayacaq


Dünyanın ən varlı insanlarından biri olan Ceff Bezosa məxsus Amerika onlayn pərakəndə satış şirkəti "Amazon" ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar ianə vermək niyyətindədir.


AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşrin məlumatına görə, Mark Zukerberqin rəhbərlik etdiyi "Meta" korporasiyası da əvvəllər eyni məbləği Tramp Fonduna göndərib.

"The Wall Street Journal" qeyd edir ki, Bezos və digər texnologiya şirkətlərinin rəhbərləri respublikaçıların yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar. Vəsait ayırmaq qərarı "Amazon" tərəfindən bir neçə gün əvvəl qəbul edilib və artıq Trampın keçid komandasına məlumat verilib. Bundan əlavə, qəzetin mənbələrinin qeyd etdiyi kimi, "Amazon Prime" video axın platforması gələn il yanvarın 20-də Trampın andiçmə mərasimini yayımlayacaq ki, bu da növbəti 1 milyon dollarlıq ianə sayıla bilər.

Bezosun gələn həftə Trampla Florida ştatındakı Mar-a-Laqodakı iqamətgahında görüşəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu