The Wall Street Journal: "Çin ABŞ-ı izləmək üçün Kubada gizli baza quracaq"


Çin ABŞ-da casusluq etmək üçün Kubada gizli baza quracaq. Pekin öz obyektini adada yerləşdirmək üçün bir neçə milyard dollar ödəyəcək.


AFN.az xəbər verir ki, bu barədə The Wall Street Journalı çox məxfi məlumatlarla tanış olan mənbələrə istinadən yazıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, baza radar kəşfiyyatı, xüsusilə müxtəlif rabitə kanalları, o cümlədən peyk vasitəsilə aparılan mesajları tutmaq və zəngləri dinləyəcək.

Mənbələrin bildirdiyinə görə, Çin strukturu ABŞ-ın Florida ştatından 160 kilometr aralıda yerləşəcək və orada yerləşən ABŞ hərbi bazalarına nəzarət etməklə yanaşı, gəmilərin hərəkətini izləyə biləcək.

“The Wall Street Journal” yazır ki, Çinin Kubada hərbi obyektinin görünməsi Ağ Evdə təşviş yaradıb. Həmsöhbətlər qeyd edirlər ki, Vaşinqton Pekini özünün ən mühüm iqtisadi və hərbi rəqibi hesab edir. ABŞ-a yaxın inkişaf etmiş hərbi və kəşfiyyat imkanlarına malik Çin bazası yeni və görünməmiş təhlükəyə çevrilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu