Amerika hərb hərbçilərinin sayının azaldılması müzakirə edilmir - Cənubi Koreya


Seul Vaşinqtonla Koreya yarımadasının cənubunda Amerika hərbi kontingentinin 28,5 min nəfərdən 24 min nəfərə endirilməsi məsələsini müzakirə etməyib.



AFN.az Yonhap-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.



"Koreya Respublikası ilə ABŞ arasında Amerika kontingentinin çıxarılması ilə bağlı məsələlərlə bağlı heç bir müzakirə aparılmayıb", - deyə qurumdan bildirilib.



Həmçinin vurğulanıb ki, birgə müdafiə qabiliyyətini gücləndirməkKoreya yarımadasında sülh və sabitliyi möhkəmləndirmək məqsədilə Vaşinqtonla əməkdaşlıq davam edəcək.



Xatırladaq ki, "The Wall Street Journal" ABŞ-ın Cənubi Koreyadan 4,5 min əsgəri çıxarmağı nəzərdən keçirdiyini yazmışdı. Məlumata görə, həmin əsgərlər Quam da daxil olmaqla Hind-Sakit okean regionunun digər ərazilərinə yerləşdirilə bilər.



Qəzet qeyd edib ki, bu təşəbbüs hələlik ABŞ prezidenti Donald Trampa təqdim edilməyib və Amerika administrasiyasının yüksək vəzifəli şəxsləri arasında müzakirə olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu