Pakistanda xəstəxanada yanğın: 5 uşaq ölüb
Pakistanda xəstəxananın uşaq şöbəsində baş verən yanğın nəticəsində 5 uşaq ölüb.
Hadisə Pəncab əyalətinin Sahival şəhərindəki xəstəxananın uşaq şöbəsində kondisioner sistemində qısaqapanma nəticəsində baş verib.
Səlahiyyətlilər yanğınla əlaqədar uşaq bölməsinin təxliyə edildiyini, lakin 5 uşağın həyatını itirdiyini, 74 uşağın isə ailələri və işçilər tərəfindən xilas edildiyini açıqlayıb.
Yanğından sonra hadisə yerinə gələn yanğınsöndürmə briqadası uzun səylərdən sonra yanğını nəzarətə götürür, soyutma işləri isə davam edir.