Havayda meşə yanğınlarında 36 nəfər ölüb


ABŞ-ın Havay adalarının Maui ərazisində meşə sahəsində baş verən yanğınlar nəticəsində 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb və bir çox mülkə ziyan dəyib.


Maui adasında üç böyük yanğın hələ də davam edir.

Yerli mətbuata açıqlama verən səlahiyyətlilər, yanğınlar nəticəsində 36 nəfərin həyatını itirdiyini və xəstəxanaların yanğından zərər çəkənlərlə "dolu" olduğunu bildirib.

"Yanğınsöndürmə işləri davam edərkən, Lahaina qəsəbəsində baş verən yanğın nəticəsində ümumilikdə 36 nəfər ölüb. Hələlik başqa təfərrüatlar yoxdur" - deyə rəsmi açıqlamada bildirilir.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini və sahil mühafizə qruplarının alovdan xilas olmaq üçün suya atılan 2-si uşaq olmaqla 14 nəfəri xilas etdiyini bildirib.

Lahaina demək olar ki, tamamilə yanıb

Maui Bələdiyyə Başçısı Richard Bissen Jr mətbuat konfransında bir çox evlərin və iş yerlərinin yanğınlar nəticəsində tamamilə məhv edildiyini və limandakı qayıqların əhəmiyyətli dərəcədə zədələndiyini söyləyib. Bissen Jr qeyd edib ki, Mauidə dəymiş ziyanın həqiqi ölçüsünü müəyyənləşdirmək hələ də çətindir və onlar ölənlərin sayının artmasından narahatdırlar.

Ştatın ABŞ senatorlarından biri Brayan Schatz da sosial mediada yanğınların səbəb olduğu dağıntıların çoxunun tarixi Lahaina şəhərində baş verdiyini və şəhərin "demək olar ki, tamamilə yandığını" bildirib.

Havay Nəqliyyat Departamentinin direktoru Ed Sniffen keçirdiyi mətbuat konfransında 11 mindən çox insanın Mauidən təyyarə ilə təxliyə edildiyini bildirib.

ABŞ prezidenti Co Bayden Mauidə meşə yanğınları ilə mübarizəyə göstəriş verib.

O, Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin axtarış-xilasetmə işlərinə dəstək verdiyini, Hərbi Dəniz Qüvvələrinin isə yanğınlarla mübarizə üçün "Qara Şahin" tipli helikopterlər təmin etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu