Yaşıl bitki örtüyü ilə tanınan Havay meşə yanğınlarına təslim oldu


ABŞ-ın tropik zəngin bitki örtüyünə malik və quraqlıqdan uzaq əyaləti Havayda 36 nəfərin ölümünə səbəb olan meşə yanğınlarının iqlim dəyişikliyi səbəbindən baş verdiyi bildirilib. Maui adasının meşə sahəsində 3 böyük yanğına görə Maui fəlakət bölgəsi elan edilib.


"New York Times" qəzetinin xəbərində qeyd olunub ki, Havaydakı meşə yanğınlarının əsas səbəbi yanğınları törədən qurudan uzaqda olsa da, iqlim dəyişikliyidir.

Havay və Kolorado Universitetlərinin alimlərinin 2015-ci ildə apardıqları araşdırmaya istinad edərək, Havayda illik orta yağıntının miqdarında uzunmüddətli azalma yaşandığı bildirilib.

Qeyd edilib ki, 1990-cı illərdən başlayaraq yağışlı mövsümdə alınan yağıntıların miqdarında 31 faiz, quraqlıq dövründə alınan yağıntılarda isə 6 faiz azalma müşahidə olunub.

Havay adalarında çalışan Klark Universitetindən iqlimşünas Abby Frazier yağıntıların bu dəyişməsində bir çox faktorun təsirli olduğunu və bütün bu amillərdə iqlim dəyişikliyinin rol oynadığını bildirib.

La Nina effekti adlanan yüksək yağıntılı hava fenomeninin 1980-ci illərdən bəri daha az yağıntıya səbəb olduğunu dilə gətirən Frazier, digər amillərin havanın temperaturunun artması və yağıntı miqdarının azalması ilə birlikdə Havay üzərində buludların seyrəlməsi olduğunu vurğulayıb. Böyük fırtınalar zamanla şimala doğru hərəkət etdikcə onları adalara gətirirlər.

ABŞ-ın quraqlığa nəzarət təşkilatının açıqladığı məlumatlara görə, meşə yanğınlarının davam etdiyi Maui adasının demək olar ki, yüzdə 16-sında şiddətli quraqlıq, bölgənin yüzdə 20-də isə mülayim quraqlıq hökm sürür.

Qeyd edilib ki, Havayda quraqlıq ilə adi hala çevrilən meşə yanğınları nəticəsində yerli bitki örtüyünün bir hissəsi məhv olub və bu bitki örtüyü sürətlə alov ala bilən invaziv otlarla əvəzlənib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Havay əyalətindəki Maui adasının meşə sahəsində baş verən 3 böyük yanğına görə Mauini fəlakət zonası elan edib.

Yanğınlardan zərər çəkənlərə dəyən zərərin ödəniləcəyini vurğulayan Bayden adada təcili yardım işçilərinin sayının artırıldığını bildirib.

ABŞ-ın Havay adalarının Maui adasının meşə sahəsində baş verən yanğınlar nəticəsində 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb və bir çox mülkə ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu