Havay adalarında yanğın qurbanlarının ailələrinə 1,5 milyon dollar təzminat təklif edildi
Ötən il ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin ailələrinə hadisə ilə bağlı dövlət qurumlarını və şirkətlərini məhkəməyə vermədikləri təqdirdə 1,5 milyon dollar təzminat təklif edilib.
"The Hill" qəzetinin məlumatına görə, bu barədə Havay adalarının qubernatoru Coş Qrin mətbuat konfransında bildirib.
Qubernator Qrin əlavə edib ki, gələcəkdə yanğında torpaqlarını və iş yerlərini itirmiş insanlara kömək etmək üçün fond yaratmağa ümid edirlər.
Bildirilir ki, ailələr təklifi qəbul etsələr, mart ayından etibarən təzminat verilməyə başlayacaq.
Maui Rayon rəhbərliyi 2023-cü ilin avqust ayında Havay Elektrik Şirkətini əlverişsiz hava şəraitinə baxmayaraq adanın elektrik enerjisini kəsmədiyi səbəbi ilə məhkəməyə verib.