Havay adalarındakı yanğınlarda ölənlərin sayı 99-a çatıb
ABŞ-ın Havay ştatının Maui adasında avqustun 8-də başlayan meşə yanğınlarında həyatını itirənlərin sayı 99-a yüksəlib.
Avqustun 8-də əyalətdə başlayan və bir həftədir davam edən və adanın tarixi kurort şəhəri Lahainanın çox hissəsini məhv edən yanğınlarda can itkisi artmaqda davam edir.
Havay qubernatoru Coş Qrin axtarış-xilasetmə işlərinin vaxt aparacağını vurğulayaraq deyib: "Bunu proqnozlaşdırmaq çətindir. Yəqin ki, daha 10 gün çəkəcək. Telefon xidməti yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdır. İtkin düşənlərin sayı 2000-dən 1300-ə düşüb. Yanğın bölgəsində suyun tapılmasında problemlər yaranıb. Maui və digər kənd yerlərində evlərimizə və insanlarımıza çatdırmaq üçün kifayət qədər su tapmaqda çətinlik çəkirik".
Maui Polis Departamentinin rəisi Con Pelletier bildirib ki, yanmış yerlərdə axtarış-xilasetmə işlərində iyirmi it və onlarla canlı qüvvə iştirak edir: "Bazar ertəsi günü onlar ərazinin yüzdə 25-ində axtarış apardılar. Həftə sonu bu nisbət yüzdə 3 idi".
Təxminən 5,6 milyard dollar zərərin meydana gəldiyi meşə yanğınlarında axtarış-xilasetmə işləri ilə birlikdə hər gün 10-20 nəfərin cəsədlərinə çatılması gözlənilir.
Yanğının səbəblərinin araşdırılması hələ də davam edir.
Meşə yanğınlarında 13 mindən çox insanın yaşadığı Lahainada evlərin əksəriyyəti yararsız hala düşüb, yanğınların 85 faizi nəzarət altına alınıb.
İçəridə baş verən yanğınların 60 faizi söndürülsə də, alovun başqa ərazilərə keçəcəyindən hələ də narahatlıq var.