Şovidə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb
Gürcüstanın kurort şəhəri Şovidə ötən həftə baş verən sürüşmə nəticəsində ölənlərin sayı 19-a çatıb.
Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində yerləşən Şovidə avqustun 3-də baş verən sürüşmə nəticəsində bölgədə başlayan axtarış-xilasetmə işləri davam edir.
Gürcüstan Fövqəladə Hallar Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib ki, bu gün daha bir qadının cansız cəsədinə çatılıb və həyatını itirənlərin sayı 19-a çatıb.
Mqebrişvili axtarış-xilasetmə işlərinin 24 saat fasiləsiz davam etdiyini qeyd edib.
15 nəfərdən xəbər alınmayan fəlakət bölgəsində axtarış-xilasetmə qrupları, polis, əsgərlər, xüsusi təlim keçmiş itlər, tikinti texnikası, helikopter və PUA-larla iş aparılır.