Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb


Hindistanın qərbindəki Maharaştra əyalətində güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.

Yerli hakimiyyət orqanları bildiriblər ki, əyalətin Raiqad rayonundakı kənddə iyulun 19-da baş vermiş sürüşmə nəticəsində azı 50 nəfər hələ də itkin düşüb.

Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, ölənlərin sayının 27-yə yüksəldiyini qeyd edib.

Həftə boyu yağan leysan yağışların təsirli olduğu əyalətdə qatarların hərəkəti və yol hərəkəti pozulub.

İyulun 19-da Maharaştra ştatında güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. İlk təsbitlərə görə, sürüşmə nəticəsində 10 nəfərin həyatını itirdiyi, iyulun 21-də isə itkilərin 16-ya yüksəldiyi bildirilib.

Ştatın Raiqad rayonundakı 50 evlik kənddə 17 ev torpaq altında qalıb.

Səlahiyyətlilər ölkədə son 2 həftədə musson yağışları nəticəsində həyatını itirənlərin sayının 150-ni keçdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu