Nigeriyada məktəb yanğını: Çoxlu ölü və yaralı var


Nigeriyanın Zamfara əyalətində məktəbdə baş verən yanğında ilkin məlumata görə, 17 şagird həyatını itirib, 12 şagird isə yaralanıb.



Nigeriyanın Zamfara əyalətindəki Kauran Namoda qəsəbəsindəki məktəbdə yanğın baş verib. İlkin məlumata görə, yanğın zamanı 17 şagird həyatını itirib, 12 nəfər isə yaralanıb. Səlahiyyətlilər ölən şagirdlərin 7-17 yaş arasında olduğunu bildirib.

Polis yanğının səbəbinin hələlik məlum olmadığını və yanğınla bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Hadisə şahidləri bildiriblər ki, yanğın bir evdə başlayıb və məktəbə keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu