Cənubi Koreya Şimaldan gələn təhdidlərə qarşı ABŞ ilə birgə hava təlimləri keçirib


Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin iştirak etdiyi və Şimal təhdidlərinə qarşı real sursatdan istifadə edildiyi birgə təlim keçirib.



"Yonhap"ın xəbərinə görə, Cənubi Koreya Hərbi Hava Qüvvələri bu gün başa çatacaq hava təliminə iki ölkədən 40 təyyarənin qatıldığını bildirib.

Mövzu ilə bağlı açıqlamada ABŞ və Cənubi Koreyanın hava qüvvələrinin ortaq təlimində əsl sursatdan istifadə edildiyi, pilotların Şimali Koreya təhdidinə qarşı qanadlı raketlər və idarə olunan bombalarla atış təlimi keçdiyi bildirilib.

Cənubi Koreya və ABŞ-ın ortaq müdafiə duruşunu gücləndirmək məqsədi ilə təşkil etdiyi “Azadlıq Qalxanı” adlı 11 günlük birgə təlim martın 14-də başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu