Cənubi Koreya Şimali Koreya ilə sərhəddə atış təlimləri keçirib


Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində artilleriya təlimi keçirib.



Yonhap xəbər verir ki, Cənubi Koreya ordusu dəniz piyadalarının iştirakı ilə hərbi təlim keçirildiyini açıqlayıb.

Şimali Koreya ilə sərhəddə yerləşən Çeorvon bölgəsində keçirilən artilleriya təliminin məqsədi quru və dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək olub.

Təxminən 450 əsgərin iştirakı ilə keçirilən təlimin Şimali Koreya təhdidinə qarşı çəkindiriciliyi artırmaq üçün təşkil edildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu