Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yerləşən silahlı qüvvələrini gücləndirəcək


Şimali Koreya Cənubi Koreya ilə sərhəddə hərbisizləşdirilmiş zonanın yaxınlığında yerləşən silahlı qüvvələrini onlara əlavə qoşun və yeni silahlar göndərməklə gücləndirəcək.



Bu barədə Reuters Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir.

KXDR Müdafiə Nazirliyi demarkasiya xəttinə əlavə silahlı qüvvələr və yeni hərbi texnika yerləşdirmək niyyətini açıqlayıb. Departamentin bəyanatına görə, Şimal və Cənub arasında geri dönməz toqquşma baş verərsə, bütün məsuliyyəti Cənubi Koreya daşıyacaq.

KCNA bu qərara səbəb kimi Seulun KXDR-in peyk buraxmasına cavab olaraq 2018-ci ildə Koreyalararası hərbi razılaşmanın bir hissəsini dayandırmasını göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu