Şimali Koreya artilleriya təlimləri keçirib


Şimali Koreya faktiki döyüş imkanlarını artırmaq üçün artilleriya təlimi keçirib.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, artilleriya bölmələrinin döyüş hazırlığının və faktiki döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilən artilleriya atəşi təlimində Şimali Koreya lideri Kim Çen In da iştirak edib.

Düşmən paytaxtını zərbə məsafəsinə çıxararaq mühüm çəkindirmə missiyasını yerinə yetirən uzaqmənzilli artilleriya bölmələrinin atəşə tutulması ilə başlayan təlimdə həm də ölkənin özünümüdafiə üçün hərbi potensialının gücləndirilməsi hədəflənib.

Kim buradakı çıxışında təlimdə iştirak edən bütün artilleriya birləşmələrinin müharibəyə səfərbər olmağa hazır olmasından məmnunluğunu ifadə edib.

Şimali Koreya lideri vurğulayıb ki, ordudakı bütün artilleriyaçıları real döyüşlərdə, eləcə də təlimlərdə onlara tapşırılan tapşırıqları çevik və dəqiq yerinə yetirmək üçün hazırlamaq lazımdır.

"Yonhap" xəbər verib ki, sözügedən təlimlə bağlı Cənubi Koreya Baş Qərargahından açıqlama verilib.

Açıqlamada Şimali Koreyanın Sarı dənizə doğru artilleriya atəşi təlimi keçirdiyi təsdiqlənib və Pxenyanın təxribat törədəcəyi təqdirdə buna eyni şəkildə cavab veriləcəyi xəbərdarlığı edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu