Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb


Cənubi Koreya və ABŞ 11 gün davam edəcək birgə hərbi təlimlərə başlayıb.


"Yonhap"ın xəbərinə görə, Cənubi Koreyada keçirilən "Ulchi Freedom Shield (UFS)" hərbi təlimi simulyasiya, birgə döyüş hazırlığı və Ulçi mülki müdafiə təlimi kimi fəaliyyətləri əhatə edir.

Cənubi Koreya və ABŞ-ın birgə təşkil etdiyi təlimdə 30 müxtəlif sahə araşdırmasının aparılması planlaşdırılır.

Təlimdə həm də qoşunlara sürətli döyüşə hazırlaşmaq və Şimali Koreya tərəfindən yayıla biləcək dezinformasiyaya qarşı davranış öyrədiləcək.

Təlimdə bu iki ölkədən əlavə Birləşmiş Millətlər Təşkilatının (BMT) Avstraliya, Kanada, Fransa, İngiltərə, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin, Tailand və Cənubi Koreyadakı komandanlığı da iştirak edəcək.

Cənubi Koreya Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, UFS çərçivəsində F-35A, F15K və FA-50 kimi 20 döyüş təyyarəsi idarə olunan raket hücumları zamanı və düşmən döyüş təyyarələrinin hava məkanını pozması halında atılacaq addımlarla bağlı təlimdə iştirak edəcək.

Təlimdə pilotlara düşmən təyyarələrinin aşkarlanması və qarşısının alınması, hava və raket hücumundan müdafiə qüvvələri isə mümkün raket hücumlarına cavab vermək üçün təlim keçəcək.

Mütəxəssislər birgə təlimin Şimali Koreya başda olmaqla region ölkələri arasında gərginliyi artıracağını düşünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu