Cənubi və Şimali Koreya arasında sülh razılaşması ləğv edilir


Cənubi Koreya prezidenti Yun Sok Yol köməkçilərinə Şimali Koreyanın ölkənin ərazi bütövlüyünü yenidən pozacağı təqdirdə hərbi gərginliyi azaltmaq üçün 2018-ci ildə Koreyalararası razılaşmanın dayandırılması barədə düşünməyi tapşırıb.


AFN.az xəbər verir ki, bu barədə Seulun rəsmi nümayəndəsi "Yonhap" agentliyinə məlumat verib. “Prezident Yun Sok Yol Milli Təhlükəsizlik Administrasiyasına Şimali Koreyanın ərazimizi pozaraq növbəti təxribat törədəcəyi təqdirdə sentyabrın 19-da imzalanmış hərbi sazişi dayandırmağı nəzərdən keçirməyi tapşırıb”- prezidentin mətbuat katibi Kim İn Hae jurnalistlərə belə deyib.
Qeyd olunur ki, Cənubi Koreya liderinin bu açıqlaması ötən həftə Şimali Koreyaya məxsus 5 pilotsuz təyyarənin ölkənin hava məkanına daxil olmasından sonra səslənib və bu, Seulun təhlükəni dəf etməyə hazır olması ilə bağlı ciddi suallar doğurub.
Yun Prezidentin Daxili Təhlükəsizlik İdarəsi, Müdafiə Departamenti, Birləşmiş Qərargah Rəisləri və Müdafiə İnkişafı Agentliyi tərəfindən pilotsuz təyyarələrə qarşı hazırlıqlar barədə məlumatlandırılıb. Prezident həmçinin müdafiə naziri Li Conq Suba bir il ərzində bir çox missiyaları, o cümlədən müşahidə və kəşfiyyat əməliyyatlarını yerinə yetirmək üçün birgə pilotsuz təyyarə bölməsi yaratmağı və aşkarlanması çətin olan kiçik pilotsuz aparatları, dronları kütləvi istehsal edə bilən sistemin qurulmasına başlamağı tapşırıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu