Brent markalı neftin barreli 72,75 dollardan satılır
Brent markalı neftin barreli beynəlxalq fyuçers bazarlarında 72,75 dollardan satılır.
AFN.az xəbər verir ki, ötən gün 72,61 dollara qədər bahalaşan Brent neftinin fyuçers barrel qiyməti günü 71,99 dollar səviyyəsində başa vurub.
Brent markalı neftin barrel qiyməti bu gün saat 10:30 radələrinə olan məlumata görə bağlanışla müqayisədə təxminən 1,06 faiz artaraq 72,75 dollar təşkil edib.
Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftinin barreli isə 69,22 dollardan alıcı tapıb.
Brent neftində texniki olaraq 72,33 dolların dəstək, 72,97 dolların isə müqavimət zonası olaraq izlənə biləcəyi qeyd edilir.
