Ukrayna Dünya Bankından 2 milyard dollar alır


Ukrayna Dünya Bankından daha 2 milyard dollar qrant alıb. Vəsait ABŞ tərəfindən “Ukraynada davamlı idarəçilik üçün dövlət xərclərinə dəstək” layihəsi çərçivəsində verilib.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu, ümumi məbləği 4,5 milyard dollar olan qrantın ikinci tranşıdır. Cəlb edilən qrant vəsaiti mülki infrastruktur işçilərinin pensiya ödənişlərinin və əməkhaqqının təmin edilməsinə, habelə tibbi zəmanət proqramı çərçivəsində tibbi xidmətlərin ödənilməsinə yönəldiləcək.
Qeyd edək ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna ABŞ-dan artıq 12 milyard dollar qrant alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu