Məhkəmə Trampın Harvardla bağlı qadağa qərarını blokladı

Federal hakim Tramp administrasiyasının Harvard Universitetinə əcnəbi tələbələri qəbul etməyi qadağan edən qərarını bloklayıb.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilir ki, müvəqqəti qərar hökumətin Harvardın sertifikatını ləğv etməsinə mane olur və bu universitetə ABŞ-da təhsil almaq üçün əcnəbi tələbələri qəbul etməyə imkan verir.
Qeyd edək ki, Tramp administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu ilə bağlı icazəsini dayandıran qərar verib. Onun fikrincə, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına qarşı çıxan fələstinli fəallara görə universitet yəhudi əsilli tələbələrin tam təhlükəsizliyini təmin edə bilmir.
Buna cavab olaraq universitet Boston federal məhkəməsində iddia qaldırmışdı.