Tramp administrasiyasının Harvarddakı xarici tələbələri əngəlləyən tətbiqi dayandırıldı


ABŞ-da federal hakim Prezident Donald Tramp administrasiyasının Harvard Universitetində təhsil almaq istəyən beynəlxalq tələbələrin ölkəyə girişinə maneə yaradan tətbiqini dayandırmaq qərarı verib.



Boston dairə hakimi Alison Barufs Tramp administrasiyasının beynəlxalq tələbələrin Harvard Universitetində təhsil alması üçün ölkəyə girişini əngəlləyən addımı ilə bağlı qərarını açıqlayıb.



Federal hakim Barufs Tramp administrasiyasının nüfuzlu bir akademik qurumu nəzarət altına almaq üçün göstərdiyi bu səhv səylərin söz azadlığını təhlükə altına atdığını bildirib.



Barufs çıxışında fikir və ifadə azadlığının qorunmasının zəruri olduğunu və bu işin də məhz bununla bağlı olduğunu vurğulayaraq Tramp administrasiyasının qərarını dayandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu