ABŞ məhkəməsi Harvard xarici tələbələrinin girişinə qadağanı blokladı


ABŞ-ın Boston federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının Harvard Universitetinin xarici tələbələrinin ABŞ-a girişini məhdudlaşdırmaq barədə qərarını növbəti məhkəmə araşdırmasına qədər bloklayıb.



AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.



Hakim Ellison Burrousun qərarına görə, Trampın xarici vətəndaşların növbəti altı ay ərzində Harvardda təhsil almaq üçün Birləşmiş Ştatlara daxil olmasını qadağan edən göstərişi, məhkəmələrin işi təfərrüatlı şəkildə nəzərdən keçirmə şansı olmayana qədər “dərhal və düzəlməz zərərə” səbəb olacaq.



Federal hakim Harvardın beynəlxalq tələbələri qəbul etməsinə qadağa qoymaq üçün administrasiyanın addımını mayda əngəlləyib. Müvəqqəti qadağa hökumətin Harvard sertifikatını ləğv etməsinə mane olur və universitetə ​​ABŞ-da təhsil almaq üçün beynəlxalq tələbələri qəbul etməyə imkan verir.



Qeyd edək ki, Ağ Ev Harvardın xarici ölkələrdən tələbə qəbulu ilə bağlı icazəsini dayandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu