Harvard Universiteti federal qrantlardan məhrum edilə bilər


Amerika administrasiyası siyasətini dəyişmək istəmədiyi üçün Harvard Universitetini təxminən 100 milyon dollar dəyərində qalan bütün federal qrantlardan məhrum etmək istəyir.

AFN.az xəbər verir ki, bu barədə "The New York Times" federal agentliklərə göndərilmiş məktuba istinadən xəbər verir.

Ağ Evin müraciətində universitetə ​​“alternativ xidmət təminatçıları” tapmaq da tapşırılır. Adının çəkilməsini istəməyən məmurun fikrincə, belə bir addım mahiyyət etibarı ilə hökumətin Harvard ilə uzunmüddətli işgüzar əlaqələrinin tamamilə kəsilməsi deməkdir.

Artıq universitetlə təxminən 3,2 milyard dollarlıq müqavilələri dondurulub və Harvardın xarici tələbələri qəbul etmək icazəsini dayandırmağa cəhd edilib. Səlahiyyətlilərin fikrincə, Harvard İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı çıxan fələstinpərəst fəallara görə yəhudi əsilli tələbələrin tam təhlükəsizliyini təmin edə bilmir.

Universitet öz növbəsində Boston federal məhkəməsində iddia qaldırıb. Federal hakim məktəbin beynəlxalq tələbələri qəbul etməsinə qadağa qoyan qərarını əngəlləyib. Müvəqqəti qadağa hökumətin ABŞ-da təhsil almaq üçün universitetin əcnəbiləri qəbul etmək sertifikatını ləğv etməsinə mane olur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu