Belçika Rusiyanın dondurulmuş aktivlərindən 2,3 milyard avro vergi yığmağı gözləyir


Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin əksəriyyətinin saxlandığı Belçika aktivlərə görə 2,3 milyard avro vergi toplayacaq və onu Ukraynanın bərpasına kömək etmək üçün istifadə edəcək.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı, G7 ölkələri ilə birlikdə, Ukraynanın maliyyələşdirilməsi üçün Rusiya hökumətinin 300 milyard avrodan çox immobilizasiya edilmiş pulundan yığılan faizlərdən istifadə etmək məsələsini müzakirə edir.

Bu məbləğin 200 milyarddan çoxu Avropada saxlanılır, təxminən 125 milyardı isə Belçikada "Euroclear" tərəfindən idarə olunur.

Avropa Komissiyası iyul ayında G7 qərar qəbul etdikdən sonra vəsaitlərdən istifadənin hüquqi cəhətdən müdafiə edilə bilən bir yolunun olub-olmaması ilə bağlı təklif təqdim edəcəyini bildirib.

“Bizə yalnız Aİ-nin icazəsi lazım idi. Biz sadəcə olaraq Belçika vergi məcəlləsini tətbiq edirik ki, bu da bizim səlahiyyətimizdir”, - Belçika baş nazirinin sözçüsü bildirib.

Belçika 2023-cü ildə dondurulmuş Rusiya aktivlərindən 625 milyon avro, 2024-cü ildə isə təxminən 1,7 milyard avro vergi gəliri alacağını gözləyir.

"Keçən il bizə tamamilə aydın idi ki, bu aktivlərdən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi Ukrayna əhalisinə 100% tətbiq edilməlidir", - Baş nazir Alexander De Croo bir müddət əvvəl jurnalistlərə bildirib. "Bu vəsait hərbi texnikanın alınmasına sərf olunacaq. Bunu məsləhətləşərək edəcəyik. Bundan əlavə, humanitar yardım üçün istifadə olunacaq" - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu