Aİ Ukraynaya kömək məqsədilə Rusiyanın dondurulmuş aktivlərinə vergi tətbiq etməyə icazə verib


Avropa İttifaqı (Aİ) Ukraynaya kömək məqsədilə Rusiyanın dondurulmuş aktivlərinə faiz vergisinin tətbiqinə icazə verib.


AFN.az “The Guardian”a istinadən xəbər verir ki, iyunun 29-30-da Avropa Şurasının sammitində Aİ ölkələrinin liderlərinin müvafiq təşəbbüsü müzakirə edəcəyi dəqiqləşib. Xüsusilə, belə bir vergi tətbiqi ilə ölkənin bərpası üçün ildə təxminən üç milyard avro toplana biləcək.

Materialda deyilir ki, hüquqşünaslar gəlir vergisinin yığılmasını hüquqi baxımdan təhlükəsiz hesab ediblər. Tədbirə yaşıl işıq yandırılmadan əvvəl blok ABŞ, Yaponiya və Böyük Britaniya da daxil olmaqla tərəfdaşlarla müzakirələr aparacaq.

Bundan əvvəl Avropa Komissiyası (AK) Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb. AK rəhbəri Ursula fon der Leyen qeyd edib ki, bu vəsait Ukraynada irimiqyaslı dağıntıların ödənilməsinə sərf olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu