Portuqaliya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Portuqaliya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 117 minə yaxın insanın yaşadığı Setubal şəhərindən 78 km cənub-qərbdə yerləşib. Epidemiya 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.