Tramp: Kanada ilə ticarət müzakirələri dərhal dayandırılır


ABŞ prezidenti Donald Tramp iki ölkə arasında ticarət sazişi üzrə Kanada ilə dialoqu davam etdirməkdən imtina etdiyini bəyan edib.



AFN.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşım edib:



“Biz Kanada ilə bütün ticarət müzakirələrini dayandırırıq. Bu qərar dəqiq bu andan qüvvəyə minir,” – deyə o bildirib.



Trampın sözlərinə görə, bu qərarın səbəbi Kanada hakimiyyətinin ABŞ texnologiya şirkətləri üçün rəqəmsal xidmətlər vergisi tətbiq etmək niyyətidir. O, Ottavanı Avropa İttifaqının siyasətini təkrarlamaqda ittiham edib.



Amerika lideri əlavə edib ki, ABŞ bu addıma yalnız ticarət dialoqunun dayandırılması ilə cavab verməyəcək, Kanada şirkətlərinin ABŞ bazarında fəaliyyətinə qarşı tariflər də tətbiq olunacaq. O bildirib ki, yaxın 7 gün ərzində bu tariflərlə bağlı qərarlar açıqlanacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu