Tramp Avropa İttifaqı və Kanadanı daha da sərt rüsumlarla hədələyib

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı və Kanadanı daha da sərt tariflərlə hədələyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" səhifəsində yazıb.
"Əgər Aİ ABŞ-a iqtisadi ziyan vurmaq üçün Kanada ilə əməkdaşlıq etmək qərarına gəlsə, mən onlara qarşı yüksək tariflər tətbiq etməklə cavab verəcəyəm, hansı ki, hazırda planlaşdırılanlardan qat-qat sərt olacaq. Bu, hər iki tərəfin ən yaxşı dostu olan ABŞ-ı qorumaq üçün ediləcək" - deyə Tramp vurğulayıb.
Trampın martın 12-də qüvvəyə minən xaricdən ölkəyə polad və alüminiumun bütün tədarüklərinə 25 faiz gömrük rüsumunun tətbiqi barədə qərarı Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa Birliyi, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə aiddir.