Braziliya prezidenti Trampı tariflərlə hədələyib


ABŞ prezidenti Donald Tramp Latın Amerikasının ən böyük iqtisadiyyatına tariflər tətbiq etmək qərarına gələrsə, Braziliya hökuməti də buna cavab verəcək.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib.

Lula Braziliyada keçirdiyi mətbuat konfransında bildirib ki, bu, çox sadədir: "Əgər o, Braziliya mallarına vergi tətbiq etsə, bu, qarşılıqlı olacaq".

Braziliya lideri əlavə edib ki, demokratik yolla seçilmiş iki lider kimi Trampla özü arasında qarşılıqlı hörmətin olmasını istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu