Braziliya prezidenti BRİKS sammitində iştirak etməyəcək


Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın səhhətində yaranan problemlər səbəbindən Kazanda keçiriləcək BRİKS Liderlər Sammitinə qatıla bilməyəcəyi açıqlanıb.



Luiz İnasio Lula da Silva evinin mətbəxində yıxılaraq başından zədə aldıqdan sonra Rusiyaya planlaşdırdığı səfərini ləğv etməli olub.

78 yaşlı Lula da Silva başının arxasından aldığı zərbəyə görə paytaxt Braziliyanın Sirio-Libanes xəstəxanasında müalicə olunub.

Xəstəxanada müayinələrdən sonra Lula da Silvanın həkimi dövlət başçısına səfər etməməyi tövsiyə edib.

Braziliya Rəyasət Heyətindən verilən açıqlamada, Lula da Silvanın 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRİKS Liderlər Zirvə toplantısına video konfrans vasitəsilə qatılacağı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu