Kanadadan ABŞ-a rüsum cavabı: onlar da təxirə saldılar


Kanada hakimiyyət orqanları ABŞ-Kanada-Meksika Sazişinə (USMCA) uyğun gələn Kanada mallarına rüsumları dayandırmaq qərarına cavab olaraq bəzi anti-Amerika rüsumlarının tətbiqini aprelin 2-dək təxirə salacaq.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Dominik Leblan bildirib.

"Birləşmiş Ştatlar aprelin 2-dək USMCA müqaviləsinə uyğun gələn Kanada ixracına rüsumları dayandırmağa razılaşıb. Nəticədə, Kanada 125 milyard Kanada dolları (827 milyard dollar) dəyərində ABŞ mallarına rüsumların ikinci hissəsini tətbiq etməyəcək" - deyə nazir qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan üçtərəfli ticarət sazişinə daxil olan mallara 25 faizlik idxal rüsumunun tətbiqinin aprelin 2-dək təxirə salınması barədə sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu