Avstraliyada quş qripi aşkarlanan iki fermada 500 mindən çox toyuq məhv ediləcək


Avstraliyanın Viktoriya ştatında quş qripi aşkar edilən iki fermada 500 mindən çox toyuq bir həftə ərzində məhv ediləcək.


Avstraliya Yayım Korporasiyası ABC-nin məlumatına görə, Meredit və Teranq şəhərlərində toyuq fermalarının sahibi Bredli Makliffe keçən həftə ilk ölüm hallarını görüb və Viktoriya Kənd Təsərrüfatı Departamenti ilə əlaqə saxlayıb.

Makliffe quş qripi hallarının əvvəlcə Meredith qəsəbəsindəki fermasında, sonra isə Teranq qəsəbəsində görüldüyünü, onun iki fermasının karantinə alındığını və bir həftə ərzində 500 mindən çox toyuqun məhv ediləcəyini bildirib.

İki təsərrüfatda müxtəlif növ quş qripi virusunun aşkar edildiyini izah edən Makliffe, son zamanlarda təsərrüfatlarında H7N3 və H7N9 viruslarının görünməsinin onları təəccübləndirdiyini deyib. O, Viktoriyanın cənub-qərbindəki böyük supermarketlərə və yerli müəssisələrə yumurta tədarük etdiklərini söyləyib bildirib ki, bu, istehsalda və biznesdə 18-24 aylıq böyük bir boşluq yaradıb.

Viktoriya Səhiyyə Nazirliyi, Hindistana səyahət etdikdən sonra xəstələnən bir uşağın mayın 22-də quş qripi testinin müsbət çıxdığını açıqlayıb.

Mayın 22-dən etibarən ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) quş qripi səbəbindən Viktoriyadan gələn və ya tranzit olaraq bu bölgədən keçən toyuq məhsullarının idxalına məhdudiyyətlər qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu