Zubir “Qarabağ”dan ayrıldı
“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir komandadan ayrılıb.
AFN.az xəbər verir ki, 34 yaşlı futbolçu ötən gün Ağdam təmsilçisinin düşərgəsini tərk edərək Qətərə yollanıb.
Təcrübəli oyunçunun Qətərin “Əl-Şahaniya” klubu ilə müqavilə imzalayacağı gözlənilir. Zubir tibbi yoxlanışdan keçdikdən sonra keçid rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyurdu.





