ABŞ İrana qarşı dəniz blokadası bərpa olunandan bəri 62 gəminin marşrutunu dəyişib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı dəniz blokadasının bərpa edildiyi 14 iyul tarixindən bəri 62 ticarət gəmisinin istiqamətini dəyişdirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bəyanatda bildirilir ki, avqustun 14-nə olan məlumata görə, ABŞ Mərkəzi Komandanlığının qüvvələri blokada rejiminin icrasını təmin etmək məqsədilə 62 ticarət gəmisinin marşrutunu yönləndirib, 3 gəmini sıradan çıxarıb və 2 gəmiyə baxış qrupları çıxarıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu