Abdullah Zubir Azərbaycanda ilin ən yaxşı əcnəbi futbolçusu seçilib


Azərbaycanda ilin ən yaxşı əcnəbi futbolçusu müəyyənləşib.


Bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

"Qarabağ"ın Mərakeş əsilli fransalı yarımmüdafiəçisi Abdullah Zubir 26 səslə bütün rəqiblərini qabaqlayıb. Onun Ağdam klubundan komanda yoldaşları Kadi Borges 12 xalla ikinci, Kevin Medina 6 xalla 3-cü olub. "Neftçi"dən Mamadu Kane və "Zirə"dən Davit Volkov hərəyə 4 səs toplayıb. Flaqmanın digər oyunçuları Sabir Buqrinə 2, Yusuf Lavala isə 1 səs veriblər.

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu