Qurban Qurbanov ilin məşqçisi adına layiq görülüb


Azərbaycanda ilin ən yaxşı məşqçisi müəyyənləşib.


Bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

"Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov 48 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov 3 xalla ikinci olub. Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Namiq Abdullayev və qadın şahmatçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Fikrət Sideifzadə 2 səs toplayıb.

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu