“Qarabağ”ın ulduzu "Seltik"ə gedə bilər


Abdullah Zubir yayda "Qarabağ"ı tərk edə bilər.


AFN.az Offsideplus.az-a istinadən xəbər verir ki, Almaniyanın "Auqsburq" və Şotlandiyanın "Seltik" klubu 32 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

32 yaşlı oyunçu 2018-ci ildə "Lans"dan "Qarabağ"a keçib. Onun "köhlən atlar"la müqaviləsi mövsümün sonuna qədərdir.
Zubir bu mövsüm 39 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu