"Qarabağ" sloveniyalı qapıçı ilə maraqlanır


"Qarabağ" klubu Sloveniya "Maribor"unda çıxış edən qapıçı Ajbe Yuqla maraqlanır.


"Report" "Nogomania" nəşrinə istinadən xəbər verir ki, "köhlən atlar"la yanaşı ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı oyunçu heyətinə qatmaq istəyir.

"Maribor" hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.

Qeyd edək ki, Ajbe Yuq 2020-ci ildən "Maribor"un formasını geyinir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu